
Azərbaycan iqtidarı ilə müxalifətinin bir-birilərinə qarşı münasibətində oxşar cəhətlər var. O mənada ki, uzun illərdir demokratik düşərgə rəqibinin tez-tez sonunun çatdığını iddia edir və bir neçə ilə bunun reallaşacağı ilə bağlı ümidli açıqlamalar verirlər.
Xüsusilə son iki ildə ölkəmizdə tüğyan edən iqtisadi böhranın fonunda müxalif düşərgə daxilində bu cür fikirlərə artıq tez-tez rast gəlirik. Günlər öncə siyasi partiyalardan birinin ümumrespublika müşavirəsindən sonra qurumun sədri bu tipli açıqlama verərək, artıq iqtidarın sonunun çatdığı barədə fikirlər səsləndirib. Bütün bunlara baxmayaraq, müxalifət liderlərinin sonunun çatdığını dedikləri iqtidar hələ də postundadır.
Eləcə də iqtidarın müxalifətlə bağlı fikirləri bu tipdədir. Yəni hakimiyyət də uzun illərdir rəqib düşərgənin yoxluğundan bəhs edir. Hətta iqtidarın yüksək ranqlı məmurları bəzən müxalifət adını belə dillərinə gətirmirlər, bir növ onların yoxluğu barədə mesajlar ünvanlayırlar. Doğrudur, müxalifət əvvəlki 10 ilə nisbətən zəifləmiş vəziyyətdədir, dayaqları tamam sıradan çıxıb, hakimiyyətə isə alternativ olmaq gücündən tamam məhrum olublar. Amma bu da bir reallıqdır ki, mövcudluqlarını qoruyub saxlaya bilirlər.
Siyasi şərhçi Elxan Şahinoğlu bildirdi ki, iqtidar hələ də kifayət qədər güclüdür: “Baxmayaraq ki, iqtisadi və sosial problemlər var, iqtidar gücünü qoruya bilir. Sadəcə, müxalifət zəifləyib ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Müxalifət sistemdən kənardır. Parlamentdə real müxalifət də yoxdur. Siyasi proseslərə faktiki təsir edə bilmirlər. Bu illər ərzində müxalifət özü-özünü də xeyli zəiflədib, yenə də obyektiv və subyektiv səbəblərdən. Görün bir partiya neçə yerə bölünüb. Müxalifətdə iki ən güclü partiya var idi, Müsavat və AXCP. İndi də bu qurumlar özlərini güclü sayırlar. Amma baxın görün Müsavat başqanının gedişindən sonra partiya neçə yerə parçalandı. Demək, hər şey sədrin ətrafında imiş. Xalq Cəbhəsinin rəhbəri rəhmətlik Əbülfəz Elçibəy idi. Onun ölümündən sonra bilənlər bilir ki, partiya neçə yerə bölündü. Müsavatda İsa Qəmbər gedişini açıqlayan kimi artıq qruplar yarandı və qurultaydan sonra dərhal partiya parçalandı. İndi inanmıram ki, bu partiyaların siyasi proseslərə təsir gücləri olsun. Məhz bunun nəticəsidir ki, mitinq keçirmirlər. Bilsələr ki, mitinqlərə on minlərlə insan qatılacaq, mütləq bu aksiyaları keçirərlər.
Bu qədər insanı bir yerə yığa bilmədiklərinə görə mitinq keçirə bilmirlər. ”Məhsul" stadionunda mitinqə icazə verilir, amma onlar həqiqətləri özləri yaxşı bilirlər. Əli Kərimli son çıxışında buna toxundu. Bildirdi ki, hər zaman mitinq keçirməyə hazırıq, sadəcə, insanlar qatılmırlar, yəni 3-4 mitinq keçirmək halımız yoxdur. İqtisadi vəziyyət ağırlaşır, sosial problemlər gərginləşir. Əslində müxalifətin fəallaşması üçün imkanlar var. Amma sistemdən uzaqlaşdırıldıqları, daxillərində parçalanmalar yaşadıqları üçün proseslərə təsir edə bilmirlər. İllərdir ki, müxalifət iqtidarın sonunun gəldiyini deyir, xüsusilə ölkədə iqtisadi sahədə problemlər yaranan kimi. Amma gördüyümüz odur ki, 20 ildən çoxdur bu iqtidar hakimiyyətini sürdürür. Müəyyən iqtisadi, sosial problemlər olsa da mövcudluğunu qoruyur. İqtidarın daxilində nə baş veribsə, 10-15 il bundan əvvəl yaşanıb. Rəsul Quliyevin timsalında bir sıra şəxslər getdilər. Amma ondan sonra bu tipli hadisələrin şahidi olmamışıq. Öz mövcudluğunu hakimiyyət ona görə var gücü ilə qoruyur ki, özündən sonra başqa qüvvələrin iqtidara gələcəyini yaxşı anlayır. Nə qədər sosial, iqtisadi vəziyyət ağırlaşsa da, nəzarəti əldən verməməyə çalışırlar. Bundan sonra da bu belə olacaq".

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel- 07-04-2021 16:24 "Hökm olmadan Nəcməddin Sadıkov haqda xain, agent deyə bilmərik"
- 31-03-2021 13:50 "Maska meyvə deyil ki, üzərində qurd çoxalsın"
- 30-03-2021 15:16 "Ermənilər minaların xəritəsini verməkdən boyun qaçırır"
- 30-03-2021 14:25 "Tərtər işi"ndəki işgəncə iddiaları - VİDEO
- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"