Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2017
10:02
Novella Cəfəroğlu siyasi məhbus siyahısı ilə bağlı birgə iş təklif etdi

Yeni ildə əfv sərəncamı verilməsə də, bu addımın Novruz bayramında atılacağına ümidlər var. Amma əfvin may ayının 10-da və ya 28-də olacağını deyənlər də var. 

Əfv Komissiyası üzvlərinin və hüquq müdafiəçilərinin də bu məsələyə dair konkret bilgiləri yoxdur. Onlar bunun ölkə başçısının müstəsna səlahiyyəti olduğunu qeyd edirlər. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında mart ayına qədər çox şeyin dəyişəcəyini bildirdi:

“Novruzda bir çox siyasi məhbus azadlığa çıxa bilər. Bilirsiniz bu problemlərin ən çox yaranmasına səbəb nədir? Azərbaycanda hər kəs özünün  siyasi məhbus siyahısını hazırlayıb. Birində 160, birində 120 və digərində də 92-dir. Əgər hamı toplaşıb siyasi məhbusların konkret siyahısını ortaya çıxarmasa, bu məsələ çox pis sonluqla nəticələnə bilər. Hazırda çox absurd bir durum var. Siz jurnalistlər və digər sahələrin təmsilçiləri bunu yaxşı görürlər. 

Biz demirik ki, islamçıların işləri düzgün aparılır. Amma onlar siyasi məhbus deyillər, lakin məhkəmələri düzgün aparılmalıdır. Orada elə insanlar var ki, həbsxanadan çıxmalıdır. Onların adını ayrı qoymaq lazımdır. Sırf siyasi məhbus olanlar Əli İnsanov, İlqar Məmmədov, İlkin Rüstəmzadə və digərləridir. Onlar azad olunmalı idilər. Hətta Əli İnsanovun cəzası başa belə çatmışdı. Onların məsələsini qaldırmaq lazımdır. Fuad Qəhrəmanlı, Faiq Əmirli və bu tipli məhbusların da məsələsini gündəmdə saxlamaq çox vacibdir. Faiqi mən uşaqlığından tanıyıram və bilirəm ki, o, necə bir insandır. Onların tezliklə azad olunmalarına çalışmalıyıq.  İslamçıların məlumatlarına baxmışıq. Düşünürəm ki, onların məsələsini məhkəmədə həll etmək olar. 160 nəfərlik siyasi məhbus siyahısının ortaya çıxarılması təmiz siyasi məhbusları kölgədə qoyur, onların işini qəlizləşdirir. Amma mart ayına yəqin ki, çox ciddi dəyişikliklər olacaq, onlar azad olunacaqlar”.

Hüquq müdafiəçisi tez-tez dəyişikliklər dedikdə nələri nəzərdə tutduğunu da söylədi: “Mart ayına qədər səbir edin, Azərbaycanda çoxlu dəyişikliklərin olacağına birlikdə şahidlik edəcəyik. İnsan haqları ilə bağlı ciddi dəyişikliklər olacaq.  Bizim siyahı məhbus siyahısında 34 nəfərin adı var. Amma digər məhbuslar barədə də danışırıq. Çoxlarının cəza müddətləri başa çatmaq üzrədir. Dəyişiklikləri ümidlə gözləyirik. Xaricdə oturub siyasi məhbus siyahıları hazırlamaq, oradan qışqırmaq heç vaxt yaxşılıq gətirməyib. Hamımız bir yerə yığışıb, bu məsələni çözə bilərik. Beynəlxalq təşkilatlar böyük köməkliklər göstərirlər. Onlara minnətdar olmaq lazımdır. Amma ən çox özümüzünkülərlə bu problemi həll etmək lazımdır”.

Xatırladaq ki, sonuncu dəfə əfv sərəncamı Azərbaycanda ötən ilin martında verilib. Həmin sərəncamla çoxsaylı siyasi məhbus azadlığına qovuşub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 23:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com