Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2017
18:51
Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

FaktXəbər-in məlumatına görə, sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əliyeva Zərrin Tahir qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

İbrahimov Murad Aydın oğlu – Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Hacıyev Mahir Yaqub oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Elçin Nəriman oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin  şagirdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 01:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com