Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Yanvar

2017
14:53
837
Ömürlük həbsdə yatan `Sadval`çının məhkəməsi keçirilib

Ali Məhkəmədə 1994-cü il mart ayının 19-da metronun “20 Yanvar” stansiyasında partlayış törətmiş Rahib Məhsinovun şikayətinə baxılıb.

Bu barədə APA-ya məlumat verən vəkil Elman Osmanov bildirib ki, məhkəmə şikayəti təmin etməyib. E. Osmanov qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini deyib.

Qeyd edək ki, bir müddət əvvəl vəkil Ali Məhkəmənin Plenumuna R. Məhsinovun barəsində hökmün ləğv edilməsi, işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilərək araşdırılması barədə müraciət edib. Müraciətdə R. Məhsinovun heç bir zaman “Sadval” hərəkatının üzvü olmadığı, onun bu cinayət işində təqsirinin olmadığı bildirilib.

1994-cü il mart ayının 19-da metroda qatara qoyulmuş saat mexanizmli əldə düzəltmə partlayıcı qurğu qatar stansiyada dayananda işə düşüb. Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metro stansiyasının tavanının bəzi hissələri çöküb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Hərəkatının üzvləri həbs edilib. İstintaqın nəticələrinə görə, terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli olublar və hazırlığı bu ölkədə keçiblər. Terror faktı üzrə 11 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan Rahib Məhsinov I dərəcəli Ali Məhkəmənin Kollegiyasının hökmü ilə ömürlük olaraq azadlıqdan məhrum edilib, Qobustanda yerləşən həbsxanada cəza çəkir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru