Tarix:11-01-2017 14:15
Dövlət idarəsindəki "paket maaş" məhkəmədə ifşa edildi
Şərh yaz
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Nazirliyin Aparatında işləmiş Arzu Nəcəfova maaşdan əlavə 100 dollar məbləğində paket aldığını deyib. 
 
Şəfiqə Məmmədova deyib ki, nazirlikdə çap işlərini həyata keçirib. O, sabiq nazir Əli Abbasovun tapşırığı ilə işə qəbul olduğunu bildirib. 
 
Balakən poçt filialının rəisi işləmiş İlqar Balayev isə ibtidai istintaqa ifadəsini təsdiq edib. 
 
Proses yanvarın 13-də davam etdiriləcək.
 
Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.(apa)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Dövlət - idarəsindəki - "paket - maaş" - məhkəmədə - ifşa - edildi -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:11-01-2017 14:15 - Oxundu: 586
Hüquq
22-02-2017 20:45 Azərbaycanlı İŞİD terrorçusu 10 il müddətinə azadlıqdan məhrum edilib
22-02-2017 20:14 Azərbaycan İnterpola sorğu göndərib
22-02-2017 20:09 Vəkil: "Sərdar Hacıhəsənli barəsində həbs qətimkan tədbiri seçilib"
22-02-2017 16:29 AİP-in sədr əvəzi ruhani Sərdar Hacıhəsənlinin həbsinə etiraz edib
22-02-2017 15:26 Vidadi Zeynalov satmaq istədiyi 12 milyonluq əmlakı hansı pulla alıbmış?
22-02-2017 14:42 Eldar Mahmudovun da dindirilməsi tələb olundu
22-02-2017 13:06 "Aztelekom"un sabiq rəhbəri ilə məhkəmə arasında insident...
22-02-2017 12:03 Ramil Usubov öz oğlunu rəis təyin etdi
21-02-2017 15:13 MTN generalının məcburi müalicəyə göndərilməsi barədə vəsatət verilib
21-02-2017 09:16 Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək
20-02-2017 20:35 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
20-02-2017 14:00 "Kiminsə hətta dünya səviyyəli idmançı olması qanunsuzluğa..."
20-02-2017 11:37 Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsə hökm oxunub
20-02-2017 11:35 Ombudsman Milli Məclisə hesabat verəcək
18-02-2017 10:30 Elşən Mustafaoğlu Apellyasiya Məhkəməsinə müraciət edib
16-02-2017 14:29 Prezident sərəncamının ömürlük məhbuslara şamil olunması xahiş edildi
15-02-2017 14:18 Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər - YENİLİK
15-02-2017 12:33 Azərbaycanda hakimlərin aylıq GƏLİRLƏRİ
15-02-2017 10:14 Yeni sərəncama əsasən ölkədə dustaqların sayı kəskin azala bilər...
14-02-2017 16:27 "Rədd olun buradan" - General Mirvətova - FOTO
13-02-2017 16:34 Qulu Məhərrəmli məhkəməni necə uddu?
13-02-2017 13:51 “Nardaran işi” ilə bağlı məhkəmə davam etdirilib
11-02-2017 10:22 Sürücülük vəsiqəsinin verilməsi qaydalarına dəyişikliklər edildi
10-02-2017 12:55 Lapşinin həbs edilməsinə RƏSMİ münasibət
10-02-2017 12:52 Avropa Məhkəməsi aprel döyüşlərinə hüquqi qiymət verəcək
10-02-2017 10:38 Konstitusiya Məhkəməsindən Lapşinlə bağlı - AÇIQLAMA
09-02-2017 22:33 Lapşin Rusiya səfirliyinin əməkdaşları ilə görüşüb
09-02-2017 21:35 İki məhkəmə hakimi vəzifəsindən azad olunub
09-02-2017 15:00 Ədliyyə naziri Ucarda vətəndaşları qəbul edəcək
09-02-2017 12:00 DİN bloger Mehman Hüseynovu məhkəməyə verib
09-02-2017 11:17 Milli Məclisə soyqırım layihəsi barədə qanun təqdim olunacaq
08-02-2017 22:48 Satılan maşın İtaliyada oğurlanıb - DYP oğurluq maşını RƏSMİLƏŞDİRİB - VİDEO
08-02-2017 11:08 Aleksandr Lapşin Kürdəxanı həbsxanasına köçürülüb - RƏSMİ
07-02-2017 15:05 Lənkəran sakini polis tərəfindən döyüldüyünü bildirir - FOTO
07-02-2017 14:42 Belarus Ali Məhkəməsi: Lapşin Azərbaycana veriləcək
07-02-2017 12:56 50 milyonun necə oğurlanmasının detalları açıqlandı
07-02-2017 11:16 Gerb formasında olan möhürlərin yeni istifadə qaydaları təsdiqlənib
07-02-2017 09:43 DİQQƏT! 2018-ci ildən şəxsiyyət vəsiqələrində yenilik...
06-02-2017 16:20 Səlahiyyətli şəxslərin cərimə hesabı artırıldı
06-02-2017 11:04 Hansı elektron xidmətlərdən vergi tutulacaq? – SİYAHI
06-02-2017 09:54 Heydər Əliyevin yubileyinə görə buraxılmış qızıl pulları kim oğurlayıb?
04-02-2017 20:50 Prokurorluq orqanlarının 58 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
04-02-2017 13:06 Alimentlərin alınmasının dərhal icrasına başlanılıb
04-02-2017 10:31 Məhkəmə işlərinin 82 faizi kredit borclarına görədir
04-02-2017 10:06 Parkomata pul verməyənlər cərimələnəcək - RƏSMİ
03-02-2017 14:32 DİN və DTX Qəbələdə birgə əməliyyat keçirib
03-02-2017 14:27 Arvadıyla birgə "İŞİD"ə qoşulan şəxsə - HÖKM OXUNDU
03-02-2017 11:49 "Əli Abbasov gəlməyənə qədər ifadə verməyəcəm"
02-02-2017 21:58 Borcu qurtarsa da, bank evin sənədlərini vermir - VİDEO
02-02-2017 16:10 Natiq Kərimov məhkəmədə özünü təqsirli bilməyib
02-02-2017 15:44 "Nardaran işi": Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi keçirilib
02-02-2017 12:38 NİDA-çı gənclərin şikayəti Avropa Məhkəməsinin icraatına qəbul edilib
02-02-2017 11:14 ABŞ Məhkəməsi Facebooku 500 milyon dollar cərimələdi
01-02-2017 21:57 Bu şəxslər kommersiya və vergi sirri sayılan məlumatları əldə edə biləcək - SİYAHI
01-02-2017 14:59 Maliyyə Nazirliyi 228 mln. manatlıq mənimsəmə halları aşkarlayıb
01-02-2017 15:06 Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə görüşə bilər
01-02-2017 14:42 Kredit borcları ilə əlaqədar DİN-ə müraciət olundu
01-02-2017 12:30 Həbsdə olan Vidadi Zeynalovun fantastik sayda mülkləri - SİYAHI
01-02-2017 10:05 İnsult keçirən hakim işə çıxıb 10 il həbs cəzası kəsdi
31-01-2017 22:16 Ötən il Azərbaycanda 148 nəfər əfv olunub

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az