
Azyaşlılarda halsızlıq, yüksək hərarət müşahidə olunur
Goranboy rayonunda uşaqlar arasında kəskin qrip virusu yayılıb.
Gün ərzində Goranboy Rayon Mərkəzi Xəstəxanasına 10-dan artıq, yeni ilin ilk günlərində isə 50-dən çox azyaşlı müraciət edib.
Yüksək hərarət, öskürək, tənəffüs çatışmazlığı, qusma halları ilə narahatlıq keçirən 1-3 yaşarası körpələr, habelə 3-5 yaş arası uşaqlar Goranboy Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinə gətirilib. Xəstəxanın pediatrı Təranə Həsənovanın sözlərinə görə, müraciət edənlərin sayı gecə saatlarında daha da artır.
Müxtəlif yaşlı uşaqlarda günün ikinci yarsından sonra halsızlıq, yüksək hərarət artaraq ağırlaşma halları ilə müşahidə olunur. Virusa yoluxanlara ilkin yardım göstərilir. (report)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO