Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2016
14:39
Pakistan İsraili nüvə silahı ilə təhdid etdi

Pakistanın   müdafiə naziri  Xavaca Muhamməd Asəf  İslamabadın nüvə silahı olduğunu çox sərt formada İsrailə xatırladıb. FaktXəbər-in DailyMail-ə istinadla verdiyi məlumata görə, bu barədə müdafiə qurumunun rəhbəri özünün Tvitter səhifəsində yazıb.

Pakistanın Suriyaya qoşun göndərəcəyi təqdirdə İsrailin bu ölkəni nüvə silahı ilə hədələdiyi barədə mətbuatda yayılan bəyanata cavab olaraq nazir belə yazıb: "İsrail unudur ki, Pakistanın da nüvə silahı var".

The Guardian vurğulayıb ki, bu cavaba səbəb dekabrın 20-də AWD News qəzetində «İsrail Müdafiə Naziri: «Pakistan istənilən bəhanə ilə Suriyaya qoşun yollasa, biz bu ölkəni atom zərbəsi ilə məhv edərik» başlıqla dərc olunan məqalə olub.

İsrail  müdafiə qurumu isə nazirin heç bir vaxt belə bəyanatla çıxış etmədiyini bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki icra başçısının həbs müddəti uzadıldı

12

Aprel
17:09
HÜQUQ,HADİSƏ
197

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
356

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
281

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
221

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-04-2021 01:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru