Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2016
14:29
Təhsil eksperti, Məleykə Abbaszadəni “VURDU”: “Nə böyük problemdir?!”

Bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə demişdi ki,  imtahanların qiyməti dövlətin tənzimlədiyi xidmətlər siyahısına daxil edilə bilər. Onun sözlərinə görə, bu qiyməti isə Tarif Şurası müəyyənləşdirməlidir.

O həmçinin bildirib ki, bununla bağlı hələ qərar qəbul edilməsə də,  də yaxın vaxtlarda bu, gözləniləndir.  

Həmin qərardan sonra imtahanların maliyyələşdirilməsinin formaları haqda müzakirələr aparılacaq. Məsələ ilə bağlı Modern.az-a Azərbaycan Təhsil Şurasının sədri, ekspert Əjdər Ağayev açıqlama verib. Əjdər Ağayev bu cür məsələlərin madiyyata endirilməsinin çox yanlış addım olduğunu bildirib.

“Mən bu cür yanaşmanın əleyhinəyəm. Hələ imtahanların ödənişli olması bir yana, ona Tarif Şurası da qiymət qoymalıdır deyirlər. Mən bunu başa düşə bilmirəm. Bu nə böyük problemdir ki, bunu Tarif Şurasına verirlər, qiymət qoyurlar. Mənə elə gəlir ki, abituriyentlərin qəbulları ödənişsiz olmalıdır. Çünki orta məktəbi bitirən məzunların böyük ehtiyacları çoxdur. Abituriyent ilk dəfə imtahana pulla başlayarsa, sonra ali məktəbə nifrət etməyə başlayacaq axı. Ona görə də mən imtahanların pullu olmağının tərəfdarı deyiləm”.

Ekspertin sözlərinə görə, o qədər imkansız ailələr var ki, bu imtahanın pulunu tapmaqda çətinlik çəkəcək.

“İlk addımdaca maneələr yaradılırsa, bu qapını bağlamaq kimi bir şeydir. Ona görə də yaxşı olar ki, ödənişsiz olsun. Qəbul Komissiyası minlərlə abituriyent jurnalını satır, digər tədbirlər keçirir və oradan da onlara çoxlu pullar gəlir. Həmin puldan istifadə edib imtahanları ödənişsiz etsinlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20677

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19267

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20637

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20208

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25741

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20191

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20356
Şərhlər
Azeri tərəfindən 23-12-2016 22:19:41 tarixində yazıldı
cox sag ol Ejder muellim.
Cox sag ol Ejder muellim Allah size can sagligi versin, ailenizin, milletimizin ustunden eksik etmesin.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 11:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru