
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Adil Qasımov bildirib ki, "Yeni Həyat" MMC-nin direktoru olub. Onun sözlərinə görə, tenderdə qalib gəldikdən sonra ayrılan vəsaitin müəyyən qismi "Aztelekom” MMC-yə çatdırılıb: "ATS-lərin tikintisi ilə məşğul olurduq. Tapşırılan işləri həyata keçirirdik. Tenderlərdə iştirak edirdik. Tikinti işlərini aparmaq üçün müxtəlif məbləğlər ayrılırdı. Tenderlərə ayrılan pulun 40 faizini "Aztelekom” MMC-yə geri qaytarırdıq. Mən eşidirdim ki, bu pullar Oqtay Rüstəmova çatdırılır".
"Aztelekom” MMC-nin baş mühasibi, təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə şahidlə heç bir münasibətinin olmadığını, bu işlərin Vidadi Zeynalovla həll edildiyini deyib.
Poçtdaşıma Mərkəzinin rəisi Fikrət Vəliyev deyib ki təqsirləndirilən şəxslərlə yalnız işgüzar münasibətləri olub.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində çalışmış Əhməd Mehdiyev deyib ki, kabel çəkilməsi işlərinə nəzarət edib: "Bunun üçün 5 milyon manat vəsait ayrılmışdı".
Ə. Mehdiyev ibtidai istintaqa ifadəsində deyib ki, ona hər ay 10 min manat paket verilib. Lakin o, məhkəmədə bu ifadəsini təkzib edib.
Qorxmaz Həziyev ifadəsində deyib ki, "Qafqaz S" inşaatın rəhbəri olub. Onun sözlərinə görə, yalnız tikinti-təmir işlərini həyata keçirib: "Tenderlər əsasında fəaliyyət göstərirdik. Gördüyümüz işlərin həcmi ümumilikdə 22 milyon manat məbləğində olurdu. Nazir Əli Abbasovun qaynı Elçin İbrahimovla tanış idik. Amma bizim şirkətin tenderdə qalib gəlməsində Elçin İbrahimovun heç bir rolu yox idi".
Təqsirləndirilən Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə şahidin ifadəsinə etiraz edib və mənimsənildiyi deyilən vəsaitin 50 faizinin "Qafqaz S" MMC-yə ayrıldığını deyib.
V. Zeynalov deyib ki, həmin şirkətə pul ayrılmasına sabiq nazir Əli Abbasov göstəriş verib: "Mən və idarə rəhbərləri yalnız ayrılan pulların düzgün bölünməsinə nəzarət edirdik. Sonra işin başa çatıb-çatmamasına biz cavabdeh deyildik".
Proses günün ikinci yarısında davam etdiriləcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı