Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2016
10:02
1915
Səhiyyə Nazirliyindən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi (SN) həkimlər tərəfindən 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərarın tələblərinin pozulmasına - reseptlərdə dərmanların təsiredici maddəsinin adının deyil, onun ticarət adının yazılmasına münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib ki, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd etməlidirlər. Aptekə müraciət edən vətəndaşa əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə məlumat verilməlidir. Vətəndaş isə reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada və büdcəsinə uyğun olaraq, dərmanın seçimini qiymətə və istehsalçıya görə özü etməlidir.

M.Süleymanov əlavə edib ki, həkimlərin bu qaydalara əməl etməməsi hallarını yalnız nəzarət tədbirləri zamanı aşkarlayıb aradan qaldırmaq mümkündür.

Tibb müəssisələrinin SN tərəfindən təsdiqlənmiş resept blankları ilə təminatı məsələsinə toxunan M.Süleymanov deyib ki, dövlət müalicə-profilaktika müəssisələri yeni resept blankları ilə SN tərəfindən təmin olunurlar:

"Özəl tibb müəssisələri isə yeni resept blanklarını Analitik Ekspertiza Mərkəzindən almalıdırlar. Yalnız bəzi özəl tibb müəssisələri tərəfimizdən edilən xəbərdarlıqlara baxmayaraq, hələ də yeni resept blanklarının alınması üçün Analitik Ekspertiza Mərkəzinə müraciət etməyiblər".

Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
538

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
389

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
411

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
451

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
481

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
458

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1054

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
851
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru