Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2016
09:12
Azərbaycanda 2019-cu ildə əhalinin siyahıyaalınması keçiriləcək

Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 2018-ci ildə Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması təşkil ediləcək

Nazirlər Kabineti “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərar verib.

 

Qərara əsasən 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb və Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiqlənib.

 

Komissiyasının sədri baş nazirin müavini Elçin Əfəndiyev, Komissiya sədrinin müavini Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Komissiyanın katibi Dövlət Statistika Komitəsi Aparatının rəhbəri Cabbar Musayev, Komissiyanın üzvləri maliyyə nazirinin müavini İlqar Fətizadə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, müdafiə nazirinin müavini Kərim Vəliyev, daxili işlər nazirinin müavini İsmət Əliyev, ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, xarici işlər nazirinin müavini Nadir Hüseynov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Rəşad Nəsirov təyin ediliblər.

 

Azərbaycanda əhalinin siyahıyaalınması 2019-cu il 1 oktyabr tarixli saat 00.00 vəziyyətinə, sorğu yolu ilə aparılacaq. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 2018-ci il 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək. Nəzərə alınmalıdır ki, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsinə yerli icra hakimiyyəti orqanları və Dövlət Statistika Komitəsi məsuliyyət daşıyırlar. Dövlət Statistika Komitəsinin hesablamaları əsasında əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması, siyahıyaalmaya cəlb ediləcək şəxslərin əmək və xidmət haqlarının ödənilməsi və digər təşkilati məsələlərin həllini təmin etmək məqsədi ilə 2018-2022-ci illərin dövlət büdcəsində hər il müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.

 

Dövlət Statistika Komitəsinə əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsini, yekunlarının işlənilməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədi ilə siyahıyaalma qrupunun yaradılmasına icazə verilib. Onun fəaliyyəti Maliyyə Nazirliyi ilə 2017-2022-ci illər üzrə hər il üçün razılaşdırılmış işçilərin say həddi və əməkhaqqı fondu daxilində müddətli əmək müqaviləsi ilə işçilər cəlb olunmaqla təmin edilməlidir. (APA)

Məqalədə : DSK əhali 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47316

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45515

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47100

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46715

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52261

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46372

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46826
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 09:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru