Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2016
15:17
Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) hər il imtahan qaydalarına müəyyən dəyişikliklərin edilməsinin səbəblərini açıqlayıb.

 

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə 2017-ci ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına həsr olunan konfransda bildirib ki, onlara hər il imtahanların qaydalarının dəyişilməsinin səbəbləri ilə bağlı müxtəlif suallar verilir: “Sual verənlər təhsillə bağlı dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik. İmtahanlarda dəyişiklərin edilməsi bu səbəblərlə əlaqədardır. Hər bir imtahan layihələşdiriləndə onun məqsədi də müəyyənləşməlidir. Qəbul imtahanları zamanı məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”.

 

M. Abbaszadə qeyd edib ki, bu gün DİM-in təhsil bazasında IX sinifdə təhsil alan şagirdlərin sayı 113 min nəfərdir. Onlardan 85 mini nəfəri müəyyən imtahanlardan keçib: “2013-cü ildən ölkədə monitorinq imtahanlarının keçirilməsinə başlanılıb. 2013-2016-cı illərdə 85459 şagird monitorinq imtahanlarında iştirak edib. Onlardan 39575-i Azərbaycan dili, 40234-ü riyaziyyat, 5650-si isə rus dilindən imtahan verib. Bu nəticələr əsasında geniş araşdırmalar aparılıb. 2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub. Bir ildə yükləmələrin sayı 3400-ə yaxın idi və əsas yükləmələr xaricdən edilib. Son 2 ayda isə müxtəlif bölgələrdə pedaqoji işçilərlə keçirilən görüşlərin nəticəsi olaraq, 500 əlavə yükləmə olub. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20778

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19367

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20737

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20298

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25831

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20301

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 15:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru