Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Dekabr

2016
11:41
5831
İsmayıllıda 2300 il yaşı olan kərə yağı saxlanılır

İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyində maraqlı eksponat saxlanılır.

Bu, 2300 il yaşı olan kərə yağıdır. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Mollaisaqlı kəndi ərazisindən tapılan və tədqiqatlar zamanı 2300 il əvvəl hazırlandığı məlum olan kərə yağı hazırda bu muzeydə mühafizə edilir.

Eramızdan əvvəl III-I ci əsrlərə aid olan bu kərə yağı arxeoloji qazıntılar zamanı aşkarlanıb. Bu kərə yağı nəinki Azərbaycanın digər muzeylərində, heç  dünya muzeylərində də rast gəlinməyən eksponatlardandır. Kərə yağı İsmayıllı rayonunun Mollaisaqlı kəndində qədim yaşayış evinin zirzəmisində aparılan arxeoloji qazıntılar zamanı saxsı küpün içərisindən tapılıb.

 

Küpün içərisindən çıxarılan yağın tərkibi öyrənilib və onun e.ə I-ci minilliyə aid olduğu və təmiz kərə yağı olduğu müəyyənləşdirilib. Muzeyə gələn yerli və xarici turistlərin diqqətini daha çox çəkən eksponat da məhz budur.

ismayillida 2300 il yasi olan kere yagi saxlanilir

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru