Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2016
14:12
Təhsil Nazirliyi Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirib

Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda IX sinifi bitirən şagirdlərin 30 faizinin sonradan X-XI sinfə keçməməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, hazırda ölkədə icbari təhsil ümumi orta təhsil səviyyəsində, yəni IX sinifdə başa çatır: “Doqquzuncu sinifdən sonra bəzi şagirdlər ali təhsil almaq üçün X-XI siniflərə, bəziləri isə peşə müəssisələrinə üz tuturlar. Eyni zamanda, bəzi ixtisaslar üzrə IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həyata keçirilir. Lakin elə şagirdlər də var ki, ümumiyyətlə, IX sinifdən sonra təhsillərini davam etdirmirlər”.

Nazir müavini bu tədris ilindən Azərbaycanda IX və XI sinif şagirdlərinə attestatın verilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, həm IX, həm də XI sinif şagirdlərinə verilən təhsil sənədlərinin attestat adlandırılması dünya praktikasına uyğundur. Ümumi orta və tam orta təhsil alanlara attestatın verilməsinin daha düzgün olduğunu söyləyən C. Bayramov qeyd edib ki, təhsil sənədlərində digər dəyişikliklər də edilib: “Belə ki, attestatda şagirdin yalnız bu və ya digər fəndən keçdiyi qiymətlə yanaşı, onların hansısa təmayüllü və yaxud adi sinif üzrə aldıqları qiymətlərdə yazılacaq. Eyni zamanda, yeni attestat formalarında buraxılış və illik qiymətlərin göstərilməsinə imkan yaradılıb. Hesab edirik ki, bu sənəd daha ətraflı məlumat verməyə zəmin yaradır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20017

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18632

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19967

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19543

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25086

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19541

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19691
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 14:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru