Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2016
14:11
1754
Eldar Mahmudovun bandası Namiq Abbasovun da qardaşını oğurlayıbmış

Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanıb və aylarla məruz qaldığı işgənc nəticəsində ölüb.

Bu sensasion məlumatı hazırda Avropada mühacirətdə olan keçmiş MTN zabiti Ramin Nağıyev contact.az-a müsahibəsində deyib.

Ramin Nağıyevin bildirdiyinə görə 2004-2010-cu illər ərzində Azərbaycanda çoxlu sayda biznesmen, imkanlı adamlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət məmurları MTN rəhbərliyinə yaxın qruplaşma tərəfindən oğurlanıb. Onların azadlığa buraxılması üçün böyük məbləğdə pul tələb ediblər. Konkret məbləğ alınandan sonra oğurlananlar buraxılıb. Keçmiş MTN zabiti deyib ki, oğurlanan şəxslərdən bir çoxu məruz qaldıqları işgəncələr nəticəsində şikəst geri qaytarılıblar. 

“Oğurlananlardan 20-yə yaxınının adları o dövrün mətbuatında dərc edilib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov da var idi. Lakin bu barədə indiyədək heç kim danışmayıb. Oğurlanandan sonra 6 ay ərzində Rafaeli zirzəmidə saxlayıb işgəncə veriblər. Nəticədə onun ayağında qanqrena yaranıb. Azad olunandan sonra göstərilən tibbi müdaxiləyə və aşağı ətraflarının kəsilməsinə baxmayaraq Rafael Abbasov bir müddət sonra vəfat etdi”-Ramin Nağıyev bildirir.

Keçmiş MTN zabiti deyir ki, oğurlananların bir qismi indiyədək qorxularından başlarına gələnləri danışmağa cəsarət etmir. O cümlədən bir vaxtların qüdrətli milli təhlükəsizlik naziri Namiq Abbasov da qorxusundan susur...

Rafael Abbasov 2000-ci illərin ortalarında tikinti biznesi ilə məşğul olub, Bakının Yasamal rayonunda, “Qanlıgöl”ün ətrafında çoxsaylı yeni yaşayış binaları inşa edib. Onun oğurlanması və aldığı işgəncələr nəticəsində ayaqlarının kəsilməsi, daha sonra vəfat etməsi barədə indiyədək heç vaxt mətbuatda yazılmamışdı. Bu faktı açıqlayan Ramin Nağıyev özü Namiq Abbasova yaxın kadr hesab edilirdi... 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Amerika dolları ucuzlaşdıra bilər - SƏBƏB

26

İyun
21:20
İQTİSADİYYAT
1165

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1470

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1990

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2072

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2173

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1864

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
592

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
171
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 02:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru