Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2016
21:43
4065
Elektrik enerjisinə necə qənaət etməli? - İqtisadçıdan TÖVSİYƏLƏR

Tarif Şurasının son qərarından artan xərcləri necə qarşılamaq qayğısı hamını düşünməyə məcbur edir. Bu şəraitdə Azərbaycan istehlakçıları qənaət mədəniyyətinin formalaşmasına çalışmaldırlar. Əks təqdirdə onların böyük əksəriyyəti gündən-günə artan xərclərin yaratdığı maliyyə çətinliyini dəf edə bilməyəcəklər. 

Tanınmış iqtisadçı Qubad İbadoğlu ailə büdcəsində xərc payı yüksək olan elektrik enerjisinin tarifinin kəskin bahalaşdığı bir vaxtda enerjiyə qənaət istiqamətində gedən müzakirələrə töhfə vermək üçün bir sıra tövsiyələrini istehlakçılarla bölüşüb.

“Ümid edirəm ki, bu tövsiyələr sizin və ailənizin xərclərinizi azaldılmasına xidmət edəcək”,-deyə o bildirib.

FaktXəbər iqtisadçının tövsiyələrini təqdim edir:

• İşıqlandırmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq kompakt lüminessent və işıq-diod lampaları ilə əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi , həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.

• Dəhlizlərdə, eyvanlarda səsə həssas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.

• Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağa üstünlük verin. Enerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın Power saver və Sleep mode xüsusiyyətlərindən də istifadə edin.

• Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, paltar qurudan, qabyuyan və s.) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. 

• Bilgisayarda işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.

• Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
155

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1768

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
316

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1229

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
385
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 20:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru