Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2016
14:06
1539
Dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan VƏSAİT

Dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, dekabrın 1-dək Fonda 78.192.264,96 AZN, 212.373,88 ABŞ dolları, 5635,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com