Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2016
13:24
1182
Bakıda yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 2-də bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

 

Arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 3-5° isti, gündüz  8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət  80-90 %  təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-dən 4-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti  olacağı gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : hava proqnoz yağış 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com