Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2016
15:01
Novruz bayramı YUNESKO-nun siyahısına daxil edilib

Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu barədə qərar YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin bu gün Əddis-Əbəbədə keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, müvafiq müraciət bir neçə dövlət - Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib.

YUNESKO-nun arayışında bəzi ölkələrdə Novruz, Naurız, Navruz və Nooruz kimi də adlanan bu bayramın “yeni gün” mənası verdiyi və özündə çoxsaylı mərasimlər, ayinlər və digər tədbirlər ehtiva etdiyi göstərilir.

“Bütün ailə üzvlərinin təmizlik, parlaqlıq, firavanlıq və var-dövlət rəmzi olan əşyalarla bəzədilmiş masa ətrafında toplaşması və dostlarla, yaxınlarla birgə hazırlanmış yeməklərdən zövq alması vacib ənənədir. Bu təcrübələr mədəni müxtəlifliyi və tolerantlığı dəstəkləyir, ictimai həmrəylik və sülhün formalaşmasına töhfə verir”, - YUNESKO qeyd edir.

Xatırladaq ki, Novruz bayramı, həmçinin 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. O vaxt müvafiq müraciəti daha az ölkə - Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistan etmişdi. (Report)

Məqalədə : Novruz UNESCO YUNESKO 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42578

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40955

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42487

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
41994

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47507

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41949

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2020 19:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru