Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2016
10:05
Metroda hərəkət dayandı - 55 yaşlı kişi özünü qatarın altına atdı

Bakıda metroda bir nəfər intihara cəhd edib. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

İntihara cəhd edən şəxs Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: "Qatar dərhal dayandırılıb. Xəttdən gərginlik ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Həmin şəxs relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşıdırlır. Qatarların hərəkət intervalında gecikmə yaranıb, gecikmənin aradan qaldırlması istiqamətində iş görülür". (Trend)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro intihar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 23:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com