Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2016
15:55
2412
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 9-CU YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

9 - HAMI BELƏ YAŞAYIR

İnanclı olduğunu söyləyən insanların böyük əksəriyyətini digərilərindən ayıracaq xarakterlərə malik olmadığını gördükdə, ilk əvvəl olduqca təəccüblənirsiniz. Sonra səbəbini soruşduqda, əsl həqiqəti dərk etməyiniz uzun sürmür. İnsanların “Allah var” demələrinə rəğmən, yox imiş kimi yaşamaqlarının arxasındakı ən əsas səbəbin ətraflarındakı izdihamın da oxşar şəkildə yaşamaqlarından qaynaqlandığını başa düşürsünüz.

Bir çox insan özünə, "İnsan həyatdan nə gözləyib, nə istəyə bilər ki", - deyə sual verir. Daha sonra isə özünə, "Onsuz da hamı belə edi", - deyə cavab da verir və olduğu vəziyyəti müdafiə edir. Halbuki, Qurana görə, çoxluğun fikri ilə hərəkət etmək həqiqəti göstərmir: “Əgər yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.” (Ənam/116)

Quran ayələri diqqətlə oxunanda əksəriyyətinin dəyər baxımından həqiqət qarşısında bir şey ifadə etmədiyi görülür. İnsan ətrafındakı əksəriyyətdən güc alaraq özünü aldatsa da, Allahı aldada bilməz. Aldada bilmədiyi kimi, güc aldığı kütlələr axirətdə də ona yardımçı ola bilməz. Yaşadığımız həyatı bizə verənə hesabat verilər, axirətdə və heç şübhəsiz Allahın hesabı dəqiq olar, zərrə qədər bir şey olsa belə, Allah onu insanın qarşısına gətirir, yaddan çıxarmaz.

Əslində insan özünü aldadaraq müxtəlif bəhanələr irəli sürsə də, Quran ayələrinin açıq bir şəkildə diqqət çəkdiyi bir həqiqəti əksərən unudur: “Yoxsa güman edir ki, heç kim onu görməyib?!” (Bələd/7)

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 08:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status