Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2016
15:37
Baş pediatrdan valideynlərə soyuq havalarla bağlı XƏBƏRDARLIQ

“Əvvəlki illərdə olduğu kimi, indi də soyuq havaların başlanması ilə bağlı soyuqdəymə xəstəlikləri çoxalır”.

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev keçirdiyi mətbuat konfransında deyib.

Baş pediatr bildirib ki, uşaqların geyimi və sağlamlıqlarına nə qədər çox nəzarət edilsə, bir o qədər də tez mövsümi xəstəliklərin sayının azalmasına nail olmaq mümkündür.

N.Quliyev qeyd edib ki, uşaqlarda bu il mövsümi xəstəliklərlə bağlı elə ciddi təhlükə yoxdur: “Yəni, Azərbaycanda uşaqlar arasında konkret virus və ya bakterial xəstəliyin epidemiyası mövcud deyil”.

O, eyni zamanda uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün valideynlərə öz tövsiyəsini də verib: “Birinci tövsiyə odur ki, uşaqlara qarşı hər kəs diqqətli olmalıdır. Qışın hazırlığını yazda və yayda görmək lazımdır. İsti havalarda dənizə aparmaq, günəş vannası, qum vannası qəbul edilməlidir. Uşaqların xəstələnməməsi üçün qidalanma ən vacib faktorlardan biridir. Uşaqlar tam keyfiyyətli qida ilə qidalandırılmadıqda çoxsaylı problemlər ortaya çıxır. Soyuq havalarda uşaqları adaptasiya aparmaq şərti ilə havaya çıxarmaq vacibdir”. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
450

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
311

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
306

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
287

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
407

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
386

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
586
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 20:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru