Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2016
22:00
2175
Bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur

“Mən Eldar Mahmudov və onun dəstəsindən ən çox zərərçəkənlərdən biri olmuşam.  Sizin saytınızda Eldar Mahmudovla işbirliyimin olması və “Zaminbank” vasitəsilə onun “çirkli pullarının” xaricə çıxarılması barədə iddiaları qəbul etmirəm”.

Bu sözləri bu yaxınlarda fəaliyyəti dayandırılan “Zaminbank”ın sahibi Nadir İsmayılov “Mahmudovun “çirkli pulları” “Zaminbank”la çıxarılırmış- MTN POLKOVNİKİ QARDAŞINI BANKA NƏZARƏTÇİ GÖNDƏRİB” başlıqlı araşdırmamıza münasibət bildirərkən söyləyib.

Xatırladaq ki, adıçəkilən yazıda Eldar Mahmudovun  Azərbaycanda cinayət yolu ilə qazandığı yüz milyonlarla vəsaitin bir hissəsini Beynəlxalq Bankla yanaşı həm də  adıçəkilən bank vasitəsilə xaricə çıxarmasında bəhs olunur. Məlumatlarda qeyd olunur ki, Eldar Mahmudovun ailə üzvlərinin adına Avropada alınan mülklərin pullarının ödənişi də “Zaminbank” vasitəsilə həyata keçirilib.

Bundan başqa “Zaminbank” rəhbərliyi iş adamlarının hesabları barəsində MTN-nə davamlı informasiyalar ötürməklə bank sirri prinsiplərinə xəyənt edib. Araşdırmamız zamanı Nadir İsmayılov MTN-nin tapşırığı ilə  Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevin qardaşı Elşən Əliyevi məhz bu bankda yüksək vəzifəyə təyin etdiyi də üzə çıxıb.

eldar

Nadir İsmayılov hazırda ağır durumda olduğunu deyib: “Mənim bankım niyə bağlanmalı idi. Allah bəlasını versin, Eldar Mahmudovun. O, məni bu günə qoydu. Məni aparıb, MTN-nə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun “Bilal” MTK adlı Tikinti Şirkəti onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişləri ilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar  Mahmudovdur. Bu gün onun mənə külli miqdarda borcu var”.

MTN-nin şöbə rəisi Füzuli Əliyevin qardaşının “Zaminbank”da vəzifə tutması faktına gəlincə, Nadir İsmayılov bildirdi ki, bu fakt olub: “Həqiqətən Elşən Əliyev bizim bankda işləyib. O, filial müdiri olub”. (Gununsesi.info)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
234

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
113

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
134

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
164

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
201

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
149
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 22:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru