Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2016
21:39
Gələn il Bakı Nəqliyyat Agentliyinə 46 mln. manat ayrılacaq

2017-ci ilin dövlət büdcəsinin layihəsində Bakı şəhəri üzrə nəqliyyat sahəsində avtomobil nəqliyyatı ilə sərnişindaşımanın təkmilləşdirilməsi və islahatların keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə ilk dəfə olaraq 46 mln. manat vəsait proqnozlaşdırılıb.

Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.

Bakı Nəqliyyat Agentliyinə nəzərdə tutulmuş 46 mln. manat vəsaitin 2,8 mln. manatı və ya 6,1%-i Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Mərkəzinin saxlanılması ilə bağlı xərclərə, 3,2 mln. manatı və ya 7,0%-i Bakı şəhərində avtonəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərə, 40 mln. manatı və ya 86,9%-i isə nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və nizamlanması, sərnişindaşımada avtomobil nəqliyyatı xidmətinə nəzarətin təşkili, nəqliyyatın hərəkətinin tənzimlənməsi və digər tədbirlərin görülməsi ilə bağlı xərclərə yönəldiləcək.

Eyni zamanda, 2017-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə ayrı-ayrılıqda 250 min manat vəsait proqnozlaşdırılıb. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53168

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51363

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52823

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57913

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52161

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52567
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 17:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru