Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2016
13:34
2392
Əfqanıstanda daha bir məscidə hücum olub

FaktXəbər-in verdiyi məlumata görə, Əfqanıstanın cənubunda olan Herat şəhərində məscidə terror hücumu olub. Bu barədə şəhər qubernatorunun müşaviri bəyan edib. Onun sözlərinə görə partlayış  Hur Dervaze bölgəsinin Rizaiyə məscidində şam namazı vaxtı  olub. Partlayış nəticəsində məscid imamı da daxil olmaqla 4 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, namaz qılınan əsnada naməlum bir şəxs içəri daxil olaraq  Qurani-Kərimlərin də olduğu kitab rəfinə bomba yerləşdirib, sonra isə ordan qaçıb.

Hadisə ilə əlaqədar heç bir qruplaşma  məsuliyyəti öz üzərnə götürməyib.

Xatırladaq ki, Ərbəin günü Kabil şəhərində olan Baqirul-Ulum məscidinə intihar hücumunda  35 nəfər həlak olmuş, 85 nəfər isə yaralanmışdı.

Bundan başqa  Herat Mədrəsəsinin alimlərindən olan Hüccətül İslam vəl-müslimin  Seyid Üunus Ələviyə qarşı sui-qəsd həyata keçirilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com