Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2016
14:31
Nigeriya xalqı `Ərbəin yürüşü şəhidləri` ilə vidalaşır - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, yüzlərlə nigeriyalı müsəlman simvolik Ərbəin  yürüşündə vəhşicəsinə qətlə yetirilən əhli-beytsevərlərlə vidalaşır.

Xatırladaq ki, bir neçə gün öncə Kaduna əyalətinin  Zaria şəhərində Nigeriya polisi və təhlükəsizlik  qüvvələri  simvolik Ərbəin yürüşü təşkil edən və Kərbəla şəhidləri üçün əzadarlıq edən  şiələri gülləbaran etmişdi. Qeyd edək ki, yürüşdə qadınlar və uşaqlar da iştirak edirdi. Nəticədə azı 100 nəfər həlak olmuşdu. Şahidlərin sözlərnə görə, polis həlak olanların bir çoxunun cəsədini  naməlum istiqamətə aparıb. Bundan başqa 100-dən çox insan da müxtəlif dərəcədə güllə yaraları alıb.

Aşağıdakı fotolara həssas insanların baxması məsləhət deyil!!!

Xatırladaq ki, Nigeriya ordusu 2015-ci ilin 12 dekabrında Zariya şəhərində  Nigeriya İslam hərəkatına  aid bir məscidə hücum çəkmişdi. Bundan sonra isə  Hərəkatın  lideri Şeyx  İbrahim Zakzakinin  Ziria şəhərindəki evinə  hücum edərək yüzlərlə müsəlmanı qətlə yetirmişdi. Hadisədən sonra  Şeyx Zəkzaki və həyat yoldaşı həbs olunmuşdu.

International Amnesty təşkilatının hesabatına görə, Nigeriya ordusu 12-14 dekabr tarixlərinə 350-dən çox şiəni qətlə yetirib. Beynəlxalq Əfv Təşkilatı hesabatında həmçinin kütləvi məzarların peyk görüntülərini də paylaşmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20677

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19272

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20637

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20208

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25741

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20191

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 11:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru