Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2016
20:59
BNA bu tələbləri yerinə yetirməyən avtobuslarla bağlı tədbirlər görəcək

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlanıb.

Bunu agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, bu həm Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gələn, həm də agentlik tərəfindən hazırlanan Bakı nəqliyyat planında olan tələblərdir: “Qeyd olunan tələblərin, yəni təkərlərin, mühərrikin tam qış rejiminə uyğunlaşdırılması, avtobus salonundakı pəncərələrin normal vəziyyətdə olması və digər tələblərin tam təmin olunmaması ilə bağlı müraciət daxil olarsa, onda həmin daşıyıcılarla bağlı tədbirlər görüləcək. Bununla bağlı işlər gedir. Qəsəbələrdən gələn avtobusların bir çoxunun pəncərələrində problemlər var idi və görülən tədbirlər nəticəsində bu problemlər aradan qaldırılıb”.

N.Allahyarova vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun xüsusi tapşırığı var: “Agentliyin rəhbər şəxsləri aidiyyatı daşıyıcı şirkətlərlə birlikdə problemlərin yerindəcə aşkarlanması və aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər keçirirlər. Ancaq qarşıda gələn aylarda bu monitorinqlər daha çox keçiriləcək”. (Trend)

Məqalədə : BNA avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43285

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41573

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43214

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42672

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48209

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42726

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43154
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 08:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru