Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2016
11:25
Piyada Kərbəlaya gedən azərbaycanlı gördüklərindən yazdı-FOTO

Ərbəin gününün yaxınlaşması ilə Kərbəlaya eşq səfəri də başlayıb. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insan müharibə şəraitində olmasına baxmayaraq axın-axın İraqa yola düşüb. Bu il Azərbaycandan da minlərlə zəvvar İraqa gedib ki, onlardan biri xüsusilə seçilir. Bu Azərbaycandan piyada Kərbəlaya yollanan Sahib Rüstəmlidir. FaktXeber.com-un məlumatına görə, Sahib Rüstəmli səfər zamanı qarşılaşdığı hadisələri və çəkdiyi fotoları həmvətənləri ilə bölüşüb.

"Bu gün səhər İrakın Kut şəhərindən əsas yola çıxanda Kərbəlaya tərəf insan seli gördüm. Həyatımda belə mənzərə görməmişdim. 44 km yol boyu hər 50-100 metrdən bir mukeb yəni xidmət yerləri qurulmuşdu. Dünyanın bütün nemətləri düzülmüşdü. Hamısı da onların ehsanlarından dadmağı təvəqqe edirdi. Hətta üstünə ətir də vururdular", - deyə Sahib Rüstəmli öz təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, Kərbəlaya qədər insanların yürüş etdiyi 200 km yolda hər 300-400 m-dən bir yola İzrail, Amerika, DAİŞ (yəni İŞİD) yazıblar ki, 100 minlərlə zəvvar onu tapdalayıb keçsin. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
245

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
261

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
263

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
351
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 02:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru