Nobel prospektində hərəkət bərpa olunub - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2016
15:24
2221
Nobel prospektində hərəkət bərpa olunub - FOTO

Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi 30.03.2016-cı il tarixindən bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilib.

“Azəravtoyol”dan verilən məlumata görə, piyada keçidində işlər yekunlaşdığından (yalnız daxildə üzləmə işləri qalıb) bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Artıq ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.

Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi  yekunlaşıb. Hal-hazırda qalereyanın  mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir.

Bundan başqa, 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 05:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com