Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2016
22:21
“Bakinternet” Bakı sakinlərinə internet verir, yoxsa əziyyət?

Son günlər Bakıda "Bakinternet" provayderinin xidmətlərindən xeyli narazılıq yaranıb. Gün ərzində saytımızın onlarla oxucusu redaksiyamıza müraciət edərək, paytaxtın əsas internet provayderinin işindən şikayət edirlər.

İlk narazılıq dalğası noyabrın 7-də, bazar ertəsi günü qeydə alındı. Həmin gün "Bakinternet", heç bir xəbərdarlıq etmədən, noyabr ayı üçün (!) internetə görə ödəniş etməmiş bütün abunəçilərə xidməti dayandırdı. Halbuki, həmin vaxta kimi ödəniş "post-faktum" qəbul edilirdi və oktyabr ayının ödənişi elə oktyabrın sonuna kimi ödənilmək şərtilə qəbul edilmişdi. Nəticədə, minlərlə paytaxt sakini həftəni internet problemi ilə açdı.

Lakin problemlər bununla bitmədi. Ödənişi etdikdən sonra belə internet xidməti bərpa edilmiş abunəçilər çətinliklərlə üzləşməli oldular. Bu gün səhər saatlarından başlayaraq "Bakinternet" öz xidmətlərini, belə demək mümkünsə, böyük fasilələrlə təqdim edir. 15 dəqiqə internet normal işləyirsə, sonrakı 15 dəqiqəni "dincəlmək" olar.

Yeri gəlmişkən, problemlərdən biri də "Bakinternet"in "qaynar xətt"inin (155) operatorsuz xidmət göstərməsidir. Bu nömrəyə zəng edən abunəçilər robotun "dərdi" olan nömrənin daxil edilməsi xahişi ilə üzləşirlər, başqa sözlə, danışmaq üçün kimsəni tapa bilmirsən.

Budur, "Bakinternet" yenidən xətti açdı və yazını redaktora yollaya bilmək üçün onu elə buradaca bitirməliyəm. Çünki az sonra xətt yenidən bağlanacaq.

Bu arada, "Bakinternet"in məsələyə dair şərhini eşitmək istərdik. (virtualaz.org)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
156

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
165

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
410

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
210

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
280
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru