Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2016
10:35
1325
QAT İsrail səfirliyinə etiraz etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Dağlıq Qarabağda İsrail bayraqları ilə yürüş keçirilməsinə etiraz olaraq, bu ölkənin Azərbaycandakı səfirinə sorğu göndərib.

Sorğuda bildirilir ki, QAT səfirlikdən bu məsələyə aydınlıq gətirilməsini istəyib: “Mətbuatda gedən məlumatlara görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində İsrail bayraqları taxılmış maşın karvanı ilə yürüş keçirilib. Bu xəbərlə bağlı ciddi narahatçılığımızı və narazılığımızı bildirir, bu hadisəni Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi dəyərləndiririk. Məlumat təsdiqini taparsa, Azərbaycan-İsrail münasibətlərinə yenidən baxılmasına ehtiyac yaranacaq. Azərbaycanda yəhudilərin normal yaşaması və fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Bu hərəkət dövlətimizin və millətimizin xeyirxahlığına cavabdırmı? Bu məsələyə aydınlıq gətirməyinizi, cəmiyyətimizi məlumatlandırmağınızı xahiş edirik”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 15:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com