Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2016
10:04
Məzahir Pənahov ABŞ-a yollanır, seçkiləri müşahidə edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 9-da Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfərə gedib.

Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES Prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq. Seçki günü, həmçinin MSK sədrinin məntəqələrdə gedən prosesləri müşahidə etməsi də nəzərdə tutulur.

M.Pənahov IFES Prezidentinin dəvəti ilə noyabrın 9-da keçiriləcək Qlobal Seçki Təşkilatının növbəti – 7-ci (GEO-7) konfransında da iştirak edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də beynəlxalq seçki ekspertlərinin qatılacağı konfransda seçkilərlə bağlı müxtəlif mövzularda müzakirələr keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi aparılması gözlənilir.

ABŞ səfəri zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 19:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru