Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2016
11:46
Ağsu Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olundu

Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunub. Bu barədə xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, bu gün səhər saatlarında "Azərişıq" ASC ilə razılıq əldə edilib və istifadə edilən elektrik enerjisinə görə yaranmış borcun mərhələli ödənişi barədə müqavilə bağlanıb:

"Razıllaşmadan sonra Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib. "Azərişıq" ASC-yə noyabr ayına qədər 31 920 manat işıq pulu ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400 manat, noyabrda 520 manat elektrik enerjisinə görə pul ödəmişik. Hazırda xəstəxananın elektrik enerjisinə görə 28 min manat borcu qalıb. Onu da mərhələli ödəyəcəyik. Razılaşdıq ki, qarşıdakı aylarda da qalan məbləğ ödəniləcək. Hazırda işıqlarımız yanır və vəziyyət normaldır".

Xatırladaq ki, noyabrın 3-də Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi borca görə dayandırılmışdı. Həmin vaxtdan etibarən xəstəxanaya xüsusi generatorlarla işıq verilirdi. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19516

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18122

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19482

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19053

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24591

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19041

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19191
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 21:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru