Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

05 Noyabr

2016
12:42
1322
Klinton fondu Qətər hökumətindən qeyri-qanuni 1 mln.$ aldığını etiraf edib

Klinton ailə Fondu, qanunu pozaraq Qətər rəsmilərindən 1 milyon dollar aldığını etiraf edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Röyters  agentliyi bəyan edib.

WikiLeaks-in dərc etdiyi sənədlərə istinadla agentlik iddia edir ki, Qətərli məmurlar 2011-ci ildə  bu vəsaiti ABŞ-ın sabiq prezidenti Bill Klinton tərəfindən yaradılan xeyriyyə  cəmiyyətinə verəcəklərini vəd etmişdilər. Həmin vaxt Hillari Klinton  Dövlət Katibi vəzifəsində idi. Hazırda isə  o, Demokratlardan  prezilentliyə namizəddir. Ölkənin  xarici siyasəti ilə məşğul olan Klinton Dövlət Departamentini öz  ailə fonduna daxil olan bütün ianələr barədə məlumat verəcəyini bildirmişdi, lakin sözügedən məsələdə bunu etməyib. 

Qətər nümayəndələri  Bill Klintona  65-ci doğum günü münasibəti ilə 1 milyon dollar vermək niyyətində olublar. Röyters Fond nümayəndəsinin  rəsmi nümayəndəsi Brayan Kukstra istinadla  bəyan edib ki, son nəticədə  pul fond tərəfindən  alınıb. O, qətərli məmurların Bill Klintonla görüşüb-görüşmədiyini açıqlamayıb. Qətərin ABŞ-dakı səfirliyi də bu mövzuda şərh verməyib.

Dövlət Departamenti öz növbəsində bəyan edib ki, Fonddan pulu aldıqları barədə xəbərdarlıq almayıb. Ümumilikdə xeyriyyə cəmiyyəti son illərdə Qətərdən 1 milyondan 5 milyon dollara qədər pul alıblar. Avqust ayında Klinton ailə fondu  bəyan etmişdi ki, Hillari Klinton prezident seçkilərində qələbə çalacağı təqdirdə xaricdən ianə qəbul etməyi dayandıracaq.

Qeyd edək ki, xeyriyyə cəmiyyəti Bill Klintonun 2001-ci ildə Ağ Evi tərk etdikdən sonra yaradılıb. Bu müddət ərzində fond  Klinton ailəsinin tərəfdarları tərəfindən  milyardlarla dollar ianə alıb. Pullar həmçinin Səudiyyə Ərəbistanından daxil olub ki, bu da Respublikaçıların kəskin qınağına səbəb olub. Respublikaçılardan namizəd olan  Donald Tramp Klintonun korrupsiyaya qurşandığını və ianə verən ölkələrə siyasi sahədə xidmətlər göstərdiyini dəfələrlə bəyan edərək,  seçkilərdə qələbə çalacağı təqdirdə bununla bağlı istintaqa başladacağına vəd verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
59

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
67

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
93

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
991

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1361
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru