Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2016
11:01
Elxan Şahinoğlu: `Ermənistan hakimiyyəti yeni hiyləyə əl atıb`

Ermənistan hakimiyyəti yeni hiyləyə əl atıb. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara “hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır”. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər: «Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyanda eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə “ağıllarına” gələn “danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub».

Politoloq bildirib ki, bununla İrəvan iki məqsəd güdür: «Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin “yox” cavabı həlledici olacaq. Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir. İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez “danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var” deyir».

«Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır», deyən Elxan Şahinoğlu Azərbaycan ordusunun bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşdığını bildirib: «60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır». 

«Mesajı belə oxumaq lazımdır: “Sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır”, - deyə politoloq sözlərini yekunlaşdırıb.

Məqalədə : Elxan Şahinoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
319

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
338

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
379

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
353

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
386
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 04:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru