Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2016
09:31
2315
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 7-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

7- NƏFSİMLƏ BACARMIRAM

Allahı və göstərişlərini nəzərə almadan yaşayan bəzi insanlara səhvlərindən çəkinmələri üçün nəsihət verərək onlara Allahın ayələrindən misallar verən zaman, "Düz deyirsən, amma nə edim, nəfsimlə bacarmıram", "Dünya nemətləri şirin gəlir", "İbadətlərə tənbəllik edirəm, vaxt tapmıram" kimi bəhanələrə sığındıqlarını görürsünüz.

İbadətlə əldə edəcəyiniz şeylər həyatın xeyiri və bəzəyidir. Allahın dərgahındakı isə daha bəyəniləndir. Hələ də ağlınızı işlətmək fikrində deyilsinizmi? 

“Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!” (Şəms, 9)

İnsanın nəfslə bacara bilməməsi bəhanəsi çox vaxt ibadətlər üçün də eyni şəkildə göstərilir.

Amma insan düşünmür ki, arxasına sığındığı bəhanələr ancaq bu dünya üçündür. Axirətdə isə Allahdan başqa sığınacaq heç kəs yoxdur. Bununla yanaşı əsasən insan da öz vəziyyətindən və irəli sürdüyü bəhanələrdən xəbərdardır. Amma düşünməyərək yaşadığı üçün indi irəli sürdüyü bəhanələr Qiyamət günü heç bir işə yaramayacaq.

“Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq. O gün son qərargah yalnız sənin Rəbbinin tərəfinədir. O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir. (Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir. Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.” (Qiyamət, 10-15)

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 08:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status