Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2016
10:13
1204
Aramsız yağışların fəsadları - çaylarda sululuq səviyyəsi artıb

Əsasən respublikanın rayonlarında aramsız yağan yağışlardan sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 250-450 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla, ongünlük normanın 170 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 135 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə və Araz çayının Novruzlu məntəqələrində suyun səviyyəsində 4 sm, Salyanda isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 560 (2015-ci il oktyabrın 28-də 361 sm), Salyanda 410 (2015-ci il oktyabrın 28-də 200 sm), Bankədə 283 (2015-ci il oktyabrın 28-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 270 sm (2015-ci il oktyabrın 28-də 78 sm) təşkil edir.

Məqalədə : ETSN yağış çaylar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
224

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
147

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
179

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
212

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
244

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
231

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
800

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
605
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 00:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru