Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2016
11:58
Bakı Nəqliyyat Agentliyi bir sıra avtobuslarda nöqsanlar aşkarlayıb - FOTO

Bakı Nəqliyyat Agentliyi Bakı metrosunun "Koroğlu" stansiyası yaxınlığında monitorinq keçirib.

 

Agentlikdən verilən məlumata görə, monitorinq Nəqliyyatı Mübadilə Mərkəzində (NMM) baş tutub. Monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində NMM-ə daxil olan marşrut xətti üzrə avtobuslara baxış keçirilib və sərnişindaşımada istifadə edilən avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar-gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır.

 

Bununla yanaşı bir sıra avtobuslarda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib.

 

Monitorinq zamanı aşkarlanan bütün çatışmazlıqlar ayrı-ayrılıqda aktlaşdırılıb.

 

V. Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Bir daha daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək. (APA)

baki neqliyyat agentliyi bir sira avtobuslarda noqsanlar askarlayib

baki neqliyyat agentliyi bir sira avtobuslarda noqsanlar askarlayib

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53169

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51363

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52823

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57918

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52161

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52567
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 17:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru