Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2016
10:29
967
Azərbaycanda payız üçün anomal hal

Azərbaycanda oktyabr ayında rütubətli havaların iki həftədən çox müşahidə edilməsi anomal haldır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

E.Əlizadə qeyd edib ki, iqlim göstəricilərinə görə, Azərbaycan ərazisində oktyabr ayında iki həftədən çox rütubətli dövrün müşahidə edilməsi baş verməməlidir:

“Respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsi uzun müddətdir ki, ölkə ərazisində hakim mövqe tutub. Rütubətli hava kütləsi respublika ərazisinə daxil olduqdan sonra sabitləşib qalıb. Ona görə də əvvəllər nisbətən sabit olan sürüşmə ərazilərində də fəallaşmanın güclənməsi gözlənilir”.

E.Əlizadə qeyd edib ki, sürüşmə sahələrinin fəallaşması həm də bu il ərzində rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsidir.

E.Əlizadə əlavə edib ki, rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsi olaraq, bu il çaylarda da gursululuq uzun müddət davam edir: “Əslində, payızın hazırkı dövründə dağ çaylarında su sərfinin nisbətən artması xarakterikdir. Amma çaylarda gursululuq belə uzun müddətli olmamalıdır. Çünki yağıntılar anomal çox düşüb. Yağıntıların davamiyyəti uzundur. Artıq iki həftədən çoxdur ki, yağıntılar düşür və bu, gələn həftə də davam edəcək”. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
210

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
94

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
111

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
563

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
125

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
255

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
198
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 22:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru