
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca cinayət işi başlandığı bildirilir.
Məlumatda bilidirilir ki, Sabiq nazirin barəsində olan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib.
Ə.Abbasov və digərlərinin Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirildiyi bildirilir.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qənbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Sabiq rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasovun adı həmin cinayət işində keçsə də, onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.(trend)
Qeyd edək ki, sabiq nazir yayılan məlumatları təkzib edib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı