Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2016
21:42
1581
Sənədsiz evlərin aqibəti bəlli oldu - VİDEO

Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var. Son 6 ildə həmin evlərin sənədləşdirilməsi ilə bağlı bir neçə fərman və sərəncam imzalanıb, müvafiq strukturlara tapşırıqlar verilib. Amma problem tam həll olunmur.

Təkcə Bakıda 500 minə yaxın sənədsiz ev var. Həmin tikililərin əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Bu evlərin sənədsiz vəziyyətdə qalması isə orada yaşayanlar üçün çoxsaylı problemlər yaradır. Qeydiyyata düşə, yaşadıqları ev ünvanına müvafiq şəxsiyyət vəsiqəsi ala bilmirlər. Uşaqları məktəbə, poliklinikaya aparanda problemlər yaranır.

İndiyə kimi müvafiq qurumlara sənədsiz ev probleminin həllinə yönəlik şəffaf mexanizimin hazırlanması və həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələblər irəli sürülmədən həll edilməsi haqda dəfələrlə tapşırıqlar verilib. İndiyə kimi bir çox evlərə sənədlər verilsə də, proses hələ də tam yekunlaşmayıb.

Millət vəkili Rəfael Cəbrayılov məsələ ilə bağlı bildirb ki, bu il "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və bu dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq. İcra hakimiyyəti müvafiq sərəncam verməsə də və tikinti layihəsi təsdiq olunmasa da torpaq haqda sənədi olan hər bir kəsin evi qeydiyyata alınacaq. Ona görə də vətəndaşlar torpağa sahiblik və istifadə hüququ verən sənədlərini qaydasına salmalıdırlar ki, mülkiyyət hüququ əldə edə bilsinlər. (Xezerxeber)

Məqalədə : ev sənəd sənədsiz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
82

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
966

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1134

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
933

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
961

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
437

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
917

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
934
Şərhlər
HƏMİD tərəfindən 26-10-2016 05:25:42 tarixində yazıldı
sənədsiz evlər
BƏS HEÇ BİR SƏNƏDİ OLMAYANLAR NECƏ? XAHİŞ EDİRİK BU MƏSƏLƏNİ ARAŞDIRARDINIZ
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 20:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru