Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2016
13:08
İnternet istifadəçiləri milli telekanalları pulsuz izləyə biləcəklər

Efir analoq yayımının dayandırılması ərəfəsində “Myvideo.az” platforması və “KATV1 Smart” milli telekanalları açıq şəkildə yayımlayacaqlarını bəyan etdilər. KATV1-dən verilən məlumata əsasən, internet istifadəçiləri milli telekanalları www.myvideo.az internet-platforması, Myvideo.az mobil əlavəsi və KATV1 Smart cihazı (set-top-box) vasitəsilə rahat şəkildə izləyə biləcəklər. Milli kanalların qeyd edilən platformalar vasitəsilə izlənməsi üçün heç bir ödəniş tələb olunmur.

Şirkətdə onu da qeyd ediblər ki, yuxarıda adıçəkilən platformların texnologiyası telekanalların on günlük arxivinə maneəsiz və pulsuz girişi də təmin edir. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, istifadəçilər istədikləri verilişi on gün ərzində özləri üçün daha rahat olan vaxtda izləyə bilsinlər. Ayrıca olaraq sözügedən platformalarda həmçinin daim yenilənən xəbərlər, filmlər və seriallar da təqdim olunur.

Qeyd edək ki, efir analoq yayımı Bakı ərazisində 1 noyabr 2016-cı il, Azərbaycanın digər bölgələrində isə 1 dekabr 2016-cı il tarixindən etibarən dayandırılacaq. Qeyd edilən tarixlərdən etibarən yalnız rəqəmli teleyayım fəaliyyət göstərəcək və efir telekanalların izlənməsi üçün əlavə xüsusi cihazlar tələb olunacaq. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
568

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
435

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
520

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru