Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2016
16:11
Kərbəla qatilləri seriyasından: Hərmələ bin Kahil Əsədi

Hərmələ bin Kahil Əsədi Aşura günü Ömər İbn Sədin ordusunda oxatan olub. Abdulla bin Hüseyn, Abdullah ibni Həsənin qatilidir. Hərmələ bin Kahil Həzrət Əbülfəzl Abbasın da (ə) qətlində əsas rol oynayıb. 

Həyatı

Hərmələ Bəni Əsəd tayfasındandır. Tarixi mənbələrdə Aşura hadisəsindən əvvəl onun haqqında hər hansı bir sənəd yoxdur. Bəzi mənbələrdə adının Hərmələ bin Kahin olduğu göstərilib. Muxtarın qiyamında öldürülüb.

Kərbəla qatilləri seriyasından: Havli bin Yezid Əsbəhi

Aşura günü

Hərmələ Aşura günü Ömər bin Sədin oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas bin Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.

İmam Səccadın (ə) duası

Hərmələyə "Nahiyə" ziyarətində lənət edilib. Mədinəyə gedərək İmam Səccadla (ə) söhbət edən Minhal ibn Əmrin dediyinə görə, İmam Muxtarın qiyamı haqqında məlumat alıb, Kərbəla qatillərinin öldürülüb öldürülmədiyini soruşanda Hərmələ bin Kahili də soruşub. Hərmələnin həyatda olduğunu eşidəndə belə buyurub: "Allahım, od və dəmirin istisini ona dadızdır".

Ölümü

Hərmələ Muxtarın qiyamında həbs olunub və onun əmri ilə əl və ayaqları kəsilib. Minhal bin Amr Həcc ziyarətindən Kufəyə qayıdanda Hərmələnin ölüm səhnəsini yaxından görüb və İmam Səccadla (ə) görüşdüyünü, Hərmələyə qarğış etdiyini Muxtara bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21038

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19633

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20548

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26086

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20541

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20716
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru