Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2016
10:40
Kərbəlayi İsmayıl Çimənin abidəsindəki Azərbaycan bayrağı dəyişdirildi - FOTO

Erməni zülmünə qarşı xalqın müqavimət mənbəyi olan Kərbəlayi İsmayılın Türkiyənin İğdır vilayətinin Qaraqoyunlu rayonundakı abidə məzarında olan Azərbaycan bayrağı dəyişdirilib.

FaktXəbər-in məlumatına görə, bayraq Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Sərdar Ünsal tərəfindən yenilənib. O, "abidədəki Azərbaycan bayrağı köhnəlmişdi. Azərbaycanın Qarsdakı baş konsulu Nuri Quliyevin göndərdiyi yeni Azərbaycan bayrağını abidədə qaldırdım. Ona təşəkkür edirəm", - deyə bildirib. 

Ünsal, "Abidə 2008-ci ildə Azərbaycanın Qars baş konsulu Həsən Sultanoğlu tərəfindən ucaldılıb. Kərbəlayı İsmayıl bənzərsiz qəhrəmanlarımızdan olan, ermənilərin törətdiyi zülm və qırğınlara qarşı amansız mübarizə aparan bir liderdir. Kərbəlayi İsmayıl Azərbaycanda ermənilərə qarşı qəhrəmancasına döyüşmüş mərd bir insan idi. Daha sonra SSRİ qurulanda bunu qəbul etməyərək Türkiyəyə mühacirət etmiş, İğdırda yaşamışdır. Bu gün Azərbaycanda və Türkiyədə Kərbəlayi İsmayılın qəhrəmanlığı dildən-dilə dolaşır. Tecavüzkar və qatil ermənilərə qarşı mübarizə aparan Kərbəlayı İsmayıl xalqın müqavimət mənbəyi olub. Bu gün ermənilər Qarabağı işğal edib, Türkiyəni da soyqırımda günahlandıraraq təzminat və torpaq istəyir, bu yalanlarını da dünyaya qəbul etdirməyə çalışırlar. İmanlı və mərhəmətli bir millətin övladları olaraq bizlər isə sülh tərəfdarıyıq. Qarabağın sülh yolu ilə yenidən məxsus olduğu Azərbaycana verilməsini istəyirik. Soyqırımı yalanlarından da artıq ermənilər əl çəksin, bütün dünya həqiqəti bilir", - deyə əlavə edib.

Kərbəlayı İsmayıl kimdir?

Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri türk torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, İrəvan və ətrafındakı 21 kəndin əhalisinin bir qismi ilə birgə Araz çayını keçərək İğdırın Daşburun rayonuna gedib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb.

Kərbəlayi İsmayıl Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. 1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.

1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi. Kərbəlayi İsmayılın adı daha çox Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatı ilə bağlıdır.

Kərbəlayı İsmayıl Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən olub. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökümətə qarşı güclü müqavimət ruhu baş qaldırıbmış. O dövrdə Lənkəran ətrafinda gedən müqavimət hərəkatına Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq edirlərmiş. 

2008-ci ildə Azərbaycanın Qarsdakı konsulu Həsən Sultanoğlu (Zeynalov) və Türkiyə ictimaiyyətinin səyi ilə Kərbəlayi İsmayılın uyuduğu qəbiristanda onun şərəfinə abidə ucaldılıb. Bu abidə həm də Qərbi Azərbaycandakı topaqlar uğrunda mübarizə aparan şəhidlərin xatirəsinə həsr edilib.

Hər il aprelin 28-i ərəfəsində İğdır ilinin Daşburun kəndində Kərbəlayi İsmayılın anım günü qeyd edilir. Kəndin ərazisində həmyerlimizin məzarı üstə ucaldılan abidənin ətrafında mitinq keçirilir. XX əsrin əvvəlində ermənilər tərəfindən türk xalqına qarşı törədilən soyqırıma etiraz səslənir.

Xatırladaq ki, Kərbəlayi İsmayılla bağlı "Axırıncı aşırım" filmi çəkilib. Amma filmdə Kərbəlayi İsmayıl və onun sağ əli olan, ermənilərə qan udduran Qəmlo mənfi obrazda təqdim edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14642

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13282

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14685

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19665

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14149

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14277
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 04:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru