Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2016
20:14
2468
Nazirlik məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin əleyhinədir

Təhsil Nazirliyi Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinin mülkiyyəti profili üzrə fəaliyyətini saxlamaq şərtilə özəlləşdirilməsi ilə bağlı öz əksini tapan müddəaya münasibət bildirib.

 

Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, nazirlik məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinin tərəfdarı deyil. Şöbə müdiri vurğulayıb ki, mövcud məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi onsuz da böyük deyil, ölkə üzrə əhatə olunma səviyyəsi 14 faiz təşkil edir: “Buna görə də mövcud müəssisələrin qorunub saxlanmasına ehtiyac var. İkincisi, özəlləşdiriləcək bağçaların profilinin saxlanılmasını təmin edən etibarlı mexanizm yoxdur. Üçüncüsü, istənilən hüquqi və fiziki şəxs qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq məktəbəqədər təhsil müəssisəsi aça bilər. Bu fəaliyyətə dair lisenziyanın verilməsi asanlaşdırılıb və fəaliyyətin vergiyə cəlb olunması ilə bağlı kifayət qədər güzəştlər tətbiq edilir. Yəni, bu fəaliyyətlə məşğul olan şəxsin məktəbəqədər təhsil müəssisəsi yaratmağının yolu yalnız özəlləşdirmədən keçmir”.

 

A.Əhmədov qeyd edib ki, son 3 il ərzində yeni fəaliyyətə başlayan özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 50-dən çoxdur. Bu sayın müsbətə doğru dəyişdiyini deyən şöbə müdiri əlavə edib ki, 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni böyük layihəyə - “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”na start verilib: “Həmin proqram çərçivəsində çoxsaylı məktəbəqədər təhsil müəssisəsi inşa edilib və bu iş uğurla davam etdirilir. Bu təşəbbüs məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişlənməsinə müsbət təsir göstərəcək. Bir daha qeyd etmək istəyirəm ki, Təhsil Nazirliyi “Məktəbəqədər təhsil” haqqında qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin profili saxlanmaq şərtilə özəlləşdirilməsinin tərəfdarı deyildir. Və müzakirə olunan bu maddə ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, məktəbəqədər təhsil müəssisəsi profil üzrə fəaliyyəti saxlanmaq şərtilə hüquqi və fiziki şəxslərin idarəçiliyinə verilə bilər. Bununla bağlı Təhsil Nazirliyi öz rəy və təkliflərini Milli Məclisin müvafiq Komitəsinə göndərib”. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
534

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
387

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
409

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
449

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
479

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
454

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1051

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
848
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru