Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2016
12:58
Kərbəla qatilləri seriyasından: Həkim bin Tufeyl

Həkim bin Tufeyl Tay Kərbəla hadisəsində Ömər bin Sədin ordusunda olub və Həzrət Abbas bin Əlinin (ə) qatillərindən, həmçinin Aşura günü İmam Hüseynin (ə) bədənini üstündən at sürmüş şəxslərdən biridir. 

Həyatı

Həkim bin Tufeyl Tay qəbiləsindən və Adiy bin Xatəm Tay ilə eyni tayfadandır. Buna görə də Muxtarın adamları tərəfindən həbs olunanda Adıy bin Xatəmdən onun üçün vasitəçi olması istənilib.

Anadan olması və həyatı haqqında sənədli bir məlumat yoxdur. Muxtarın qiyamında hicrətin 66-ci ilində öldürülüb. Şeyx Tusi və Əllamə Hilli onu Həzrət Əbülfəzl Abbasın (ə) qatili kimi göstərirlər. 

Kərbəla qatilləri seriyasından: Sinan bin Malik bin Ənəs Nəhai

Aşura vaqiəsi

Həkim bin Tufeyl Aşura günü Ömər bin Sədin ordusunda xidmət edib. Həzrət Abbas bin Əliyə (ə) Fərat çayından qayıdanda xurmalıqda pusqu qurub və onun sol qolunu kəsib. Həzrətin şəhadətindən sonra da silah və paltarlarını oğurlayıb. 

Həkim bin Tufeyl Aşura günü əsr vaxtı Ömər bin Sədin əmri ilə İmam Hüseynin (ə) bədəninin üstündən at sürən on atlıdan biridir. Həmin atlılar Peyğəmbər balasının bütün sümüklərini sevinərək sındırıblar. 

Ölümü

Hicrətin 66-cı ilində Muxtarın əmri ilə Abdullah bin Kamil və döyüşçüləri Həkim bin Tufeyli həbs edib. Ailəsi Adiy bin Xatəmidən Həkimin bağışlanması üçün vasitəçi olmasını istəyib. Lakin İbn Kamil və adamları Adiy bin Xatəmin vasitəsi ilə Muxtarın onu bağışlayacağı qorxusu ilə Həkim bin Tufeyli ilk öncə Həzrət Abbasın (ə) paltarlarını oğurladığı üçün onun paltarlarını çıxardırlar, sonra İmam Hüseynə (ə) tərəf atdığı və bədəni üzərində at sürdüyü üçün ox yağışına tuturlar. Tarixçilərin nəql etdiyinə görə, bədəninə o qədər atıblar ki, kirpiyə oxşayırmış.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

13

Dekabr
23:23
İQTİSADİYYAT
188

Daşkəsəndə 38 yaşlı şəxs özünü yandırdı

13

Dekabr
21:37
HÜQUQ,HADİSƏ
219

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
247

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
335
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 06:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru