Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2016
12:39
16212
VİDEO: Yağışdan sonra Bakıda yeni şəlalə yarandı - KEÇİD ŞƏLALƏSİ

Bakıda yağan yağış sakinlərə yeni-yeni möcüzələr göstərir. Səhər saatlarında kanalizasiya quyusunun fontan vurmasını görənlər, indi də Heydər Əliyev prospektindəki Bağırov körpüsünün altdan keçən tuneldə şəlalə görüblər.

FaktXəbər həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Xəzər, Səbail, Nəsimi, Sabunçu Rayon İcra Hakimiyyətlərindən bildirilib ki, yağışdan sonra heç bir problem yaşanmayıb, rayon ərazilərdə quraşdırılan kanalizasiya sistemləri işləkdir. 

Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini Vaqif Həsənov bildirib ki, yağış yağan zaman adətən əhalinin mütəmadi istifadə etdiyi gediş-gəliş yerləri RİH-in daxili imkanları hesabına sulardan təmizlənir: “Bundan başqa, bu kimi hallarda icra hakimiyyətinın fövqəladə hallar komissiyası da hazır vəziyyətdə olur. Ümumilikdə isə intensiv yağışla bağlı bizə hansısa şikayət daxil olmayıb”.

Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov isə qeyd edib ki, şəhərin mərkəzində yağış suları ilə bağlı heç bir problem meydana gəlməyib: “Çünki mərkəzi ərazilərdə kanalizasiya sistemləri yeni qurulub. Digər ətraf ərazilərdə də heç bir problem müşahidə olunmayıb”.

Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil kommunal Təsərrüfatı birliyinin rəisi Elman Yəhyayev səhər tezdən bəzi ərazilərdə müşahidə apardığını və heç bir problem olmadığını deyib: “Bildiyiniz kimi, 4-cü və 9-cu mikrorayonlardan dağın yamacından axan sular keçir, lakin yenə də heç bir problem yaşanmayıb. Çünki həmin ərazilərdə quraşdırılan kanalizasiya sistemləri işləkdir”.

Sabunçu Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bəzi qəsəbələrdə müəyyən problemlər yaranıb və aradan qaldırılması üçün aidiyyəti qurumlara məlumat verilib.

Problemlərin daha çox yaşandığı Binəqədi Rayon İcra Hakimiyyətindən isə adəti üzrə zənglərə cavab verən olmayıb.

Məqalədə : Yağış şəlalə Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
51

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
72

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
95

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
646

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
476

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
491

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
544
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 11:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru