Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2016
12:16
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 4-CÜ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

4- İNŞALLAH, ALLAH BAĞIŞLAYAR

Allaha inanan, amma nəfsinə məğlub olduğu üçün inancının tələblərini yerinə yetirə bilməyən insanların bir qisminin etmədiklərinə görə vicdan əzabı çəkdikləri hiss olunur. Bir qisim insanlar isə səhvlərinə görə peşman olsalar da, Allahın bağışlayan olmasına inanaraq, səhvlərini təkrar edirlər.

Peyğəmbərlər belə, Allahdan bağışlanmaq istəyirlər. Məsələn, Həzrət Yusif Allaha, “Ey Rəbbim, Sən mənə səltənət və hökumətdən pay verdin və yuxuların yozumunu və hədislərin təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı təslim olduğum halda al və məni salehlərə qovuşdur”, - deyə dua edirsə, heç kim, “müsəlmanıq, inşallah, Allah günahlarımızı bağışlayacaq” fikri ilə günaha yönəlməməlidir. 

Quran bu məsələdə də insanlara xəbərdarlıq edir: “Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!”

Bəzi pis niyyətli insanlar bu cür ayələrdən istifadə edərək, Allahı da şahid tuturlar. İnsanlar isə özləri də bilmədən bu adamların sözünə etibar edərək, "Nə edək, mən də insanam", - deyir. Halbuki, ayələr insanları xəbərdar edir. Bu kimi insanlar dost görünüşlü düşmənlərdir: “İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.”

Bəzi insanların yol verdiyi bir başqa səhv isə, "Cəhənnəmdə bir qədər yanandan sonra, onsuz da cənnətə gedəcəyik" düşüncəsidir.

Halbuki insanın ağlından heç zaman çıxarmaması lazım olan mübahisəsiz bir həqiqət var həyatda: Hara gedirik? Hamılıqla ölümə! Bəs, yaşayarkən getdiyi hər yerə hazırlıq görən insan, nə üçün ölümə hazırlıq görmür? Bir halda ki, ölümə çarə yoxdur, hər zaman hazır olmaq lazımdır.

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 10:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com