Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2016
11:27
Bahalı mobil telefonlara 80 MANAT rüsum tətbiq oluna bilər
Mobil telefon idxalında say məhdudiyyəti ləğv oluna bilər

Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi təklif olunur.

Bu barədə telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, söhbət mobil telefonların dəyərindən və modelindən asılı olaraq rüsumun tətbiqindən gedir. Məsələn, "iPhone" telefonuna olan rüsum nisbətən ucuz telefonun rüsumundan fərqlənəcək.

Mənbə qeyd edib ki, bu məsələ hələ müzakrə olunur, konkret qərar qəbul olunmayıb.

O əlavə edib ki, bazarda təqdim olunan mobil telefonların qiymətləri 50 manatdan 1400 manatadək dəyişir: "Təxmini qeyd edim ki, aşağı seqmentli telefonlar, məsələn, 50 manat dəyərində olan "Nokia 105" telefonuna 5 manat, bahalı mobil telefonlar - "iPhone 6" və "iPhone 7"-yə isə müvafiq olaraq 80 və 50 manat rüsum tətbiq oluna bilər".

Mənbə deyib ki, həmçinin bu istiqamətdə yeni sayt yaradılması planlaşdırılır: "Vətəndaş ölkəyə şəxsi istifadə üçün hər hansı bir telefonu gətirmək istəsə, mobil telefonun növünə uyğun qeyd olunmuş rüsumla həmin saytda tanış ola biləcək. Belə olanda ölkəyə heç bir məhdudiyyət olmadan, kim nə qədər istəsə, o qədər telefon gətirə biləcək".

Mənbənin sözlərinə görə, bütün bu tədbirlər ölkənin mobil telefon bazarının qorunması üçün nəzərdə tutulur. Nəticədə ölkəyə mobil telefon gətirən hər bir kəs sahibkarla eyni səviyyədə dayanacaq. (Trend)

Məqalədə : mobil telefon idxal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20667

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19262

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20627

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20193

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25726

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20176

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20346
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 10:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru