Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2016
11:06
733
Yağışlar sürüşmə zonalarında vəziyyəti kəskinləşdirib

Son zamanlar yağan yağışlar cənub-şərq, xüsusilə şərq rayonlarındakı sürüşmə zonalarında vəziyyəti xeyli kəskinləşdirib. Azərbaycan Milli Elmlər Akademiyasının direktor müavini Elbrus Əlizadə açıqlamasında deyib ki, sürüşmə zonalarında xeyli gözəçarpan fəallıq müşahidə olunur və fəal inkişafdadır.

Onun sözlərinə görə, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bakı, Lənkəranda daha güclü yağışlar yağıb: “Bu da o deməkdir ki, vəziyyət pisdir, belə davam edərsə, nəticəsi daha da pis olacaq və vəziyyət xeyli çətinləşəcək. Son günlər Zığ, Qaraçuxur, Masazır, Şamaxı Qobustan, İsmayıllı, Ağsu, Xızı, Şabran, Siyəzən, Lənkəran, Lerik, qismən də Qusarda və Yardımlıda sürüşmə sahələrində fəallaşma var idi. Yağışlar intensiv damam edir. Bəlkə də bu gün orada yolların bir hissəsi bağlanacaq. Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq”.(apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com